Tramp gələcək planları ilə bölüşdü

02:54 21-07-2019 1387

ABŞ prezidenti Donald Tramp tutduğu vəzifəyə yenidən seçildiyi təqdirdə planları ilə bölüşüb. Bu barədə “Washington Post” yazır.

ABŞ rəhbəri bildirib ki, ölkə büdcəsini azaltmaq niyyətindədir.

Tramp bəzi qurumları da ləğv etmək istədiyini qeyd edib. O vurğulayıb ki, bu, nümayəndələr palatasına nəzarətin yenidən respublikaçılara qaytarıldığı təqdirdə baş verəcək.

Xatırladaq ki, ABŞ prezidenti seçkiləri 2020-ci ildə baş tutaacaq.