Braziliya prezidenti: “Hər biriniz nə vaxtsa koronavirusa yoluxacaqsınız”

13:40 01-08-2020 420

Koronavirus keçirmiş Braziliya Prezidenti Jair Bolsonaru gec və ya tez hər kəsin COVID-19-a yoluxacağını bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mən risk qrupundayam, müvafiq olaraq, heç vaxt ehtiyatsızlıq etməmişəm.

Bilirdim ki, nə vaxtsa yoluxacağam, təəssüf ki, düşünürəm, hər biriniz nə vaxtsa yoluxacaqsınız”, - deyə prezident qeyd edib.