Oyun parkında kütləvi dava: Dörd yaralı

05:00 03-08-2020 372

Türkiyədə oyun parkında iki qrup gənc arasında başlayan mübahisə qanla bitib.

Ahaber.com-un məlumatına görə, hadisə Adana şəhərində baş verib.

Bildirilib ki, davada dörd nəfər yaralanıb. Onlardan biri bıçaqlanıb, digərləri isə döyülüb.

Mübahisədə iştirak edən gənclərin bir qismi hadisə yerindən qaçıb. 

Beş nəfər isə polislər tərəfindən tutulub.