Dənizdə batan oğlu xilas etmək istəyən ata can verdi

07:40 03-08-2020 371

Türkiyədə sərinləmək üçün dənizə üz tutan ata və oğulun istirahəti faciə ilə nəticələnib.

Ahaber.com-un məlumatına görə, onlar ikisi də eyni zamanda dənizə girib.

Bir müddət sonra sahilə çıxan ata oğlunun dənizdə boğulduğunu görüb və onu xilas etməyə cəhd etsə də, dalğalar kişini da özünə çəkib.

Hər ikisinin boğulduğunu görən ətrafdakı insanlar ata və oğlu sahilə çıxarıblar.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. 

Lakin atanın həyatını xilas etmək mümkün olmayıb.