“Brent” markalı neftin bir barelinin qiyməti 45 dolları keçdi

14:00 05-08-2020 607

“Brent” markalı neftin bir barelinin qiyməti martın 6-dan sonra ilk dəfə 45 dolları keçib.

“RİA Novosti” avqustun 5-nə olan satış məlumatlarına əsasən xəbər yayıb.

Bakı vaxtı ilə saat 12:45-ə olan məlumata görə, “Brent” markalı Şimal dəniz qarışığının oktyabr fyuçerslərinin qiyməti 1,46% artaraq, bir barel üçün 45,08 dollar təşkil edib.

WTI markalı neftin sentyabr fyuçersləri 1,51% bahalaşaraq, bir barelinin qiyməti 42,33 dollara çatıb.