Bakı-2019: Açılış paradında 49 bayraq keçəcək

20:36 21-07-2019 1296

Bu gün Azərbaycanda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində 49 təmsilçinin bayrağı paradda iştirak edəcək.

HerGun.Az-ın xəbərinə görə, yürüş mərasimində 48 ölkə ilə yanaşı, Avropa Olimpiya Komitələri Qaçqın komandasının da bayrağı olacaq.

Belə ki, 48-ci bayraq məhz bu komandanın daşıdığı atribut olacaq.

Azərbaycan atletləri isə meydan sahibi kimi 49-cu - sonuncu kimi Kristal Zalda açılış mərasiminə çıxacaq.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq.

Səbuhi Musayev