“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO

17:40 05-08-2020 766

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.