Məşhur aktyor bahalı malikanəsini satdı

08:20 06-08-2020 677

Məşhur amerikalı aktyor Metyu Makkonaxi Malibu şəhərində yerləşən malikanəsini 15 milyon dollara satıb.

Bu barədə “Dirt” nəşri məlumat yayıb.

Mənbə yazır ki, 50 yaşlı aktyor malikanəsini məşhur rejissor Fil Lorda satıb.

Malikanənin yerləşdiyi ərazinin ümumi sahəsi 353 kvadrat metrdir.

Ərazi sıx meşə ilə əhatə olunub. M.Makkonaxi mülkü 2007-ci ildə əldə etmişdi.

M.Makkonaxi aktyorluq karyerasına 1991-ci ildə başlayıb. O, “Əsl detektiv” seriyalında ifa etdiyi roldan sonra daha böyük populyarlıq qazanıb.