ABŞ-da dəhşətli hadisə: Həbsinə səbəb olan qadını öldürüb intihar etdi

04:40 09-08-2020 377

ABŞ-da vaxtından əvvəl həbsxanadan çıxan məhkum illər əvvəl onu cinsi təcavüzdə ittiham etmiş qadını qətlə yetirib.

Bu barədə “The Washington Post” məlumat yayıb.

İbrahim Buaiç adlı şəxsin vəkilləri məhkəmədən girov pul müqabilində müdafiə etdikləri məhbusun azad olunmasını xahiş ediblər.

Nəticədə, işi aparan hakim prokurorun etirazlarına baxmayaraq, aprelin əvvəlində dustağı sərbəst buraxıb.

Həbsdən yenicə azad olunan kişi onun həbsxanaya düşməsinə səbəb olmuş qadını taparaq öldürüb.

Qətli törədən İ.Buaiç hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerinə gəlişinə qədər intihar edib.