İstanbulda sərnişin avtobusu qəzaya uğradı: Ölənlər var

10:00 09-08-2020 358

Türkiyənin İstanbul şəhərinin Şimali Mərmərə magistralında sərnişin avtobusu qəzaya uğrayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, hadisə zamanı avtobus yerüstü keçidin divarına çırpılıb. 

Qəza nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb. 

Qəzanın dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.