Beyrutda iğtişaşlar: 700-dən çox insan yaralandı

10:20 09-08-2020 318

Beyrutda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 728 nəfər xəsarət alıb. 

Bununla bağlı “Al Jazeera” məlumat yayıb. 

Bildirilib ki, aksiyalar zamanı 19 fəal saxlanılıb. Yaralılar arasında polis əməkdaşları da var. 

Qeyd edək ki, aksiya iştirakçıları hökumətin istefasını və islahatlar paketinin qəbulunu tələb edir. 

Qısa zamanda etiraz aksiyası iğtişaşlara çevrilib.