Metal yeyən bakteriya kəşf edildi

04:40 10-08-2020 492

Alimlər uzun müddətdir var olduğunu düşündükləri, ancaq sübut edə bilmədikləri yeni bakteriya növü kəşf ediblər.

Bununla bağlı NTV məlumat yayıb.

ABŞ-da Kaliforniya Texniki İnstitutunda təsadüfən yüz illik bir problemin cavabı ortaya çıxıb.

Manqan üzərində sınaqlar aparan bir qrup alim metal yeyən bakteriya kəşf edib.

Bakteriyaların metallarla qidalandığı bildirilib. İnstitut alimlərindən biri şüşə qabı ofisdəki çanaqda qoyub. Bir neçə ay sonra qayıdanda şüşə qabın tünd bir maddə ilə örtüldüyünü görüb.

Araşdırmalardan sonra sözügedən tündlüyün oksidləşmiş manqan olduğu üzə çıxıb. Tündləşməyə səbəb olan bakteriyanın isə suda olduğu təxmin edilir.