Sevil-Sevinc: “Qayınana ilə bir evdə yaşamaq daha doğrudur” - VİDEO

15:00 10-08-2020 642

Şou-biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar şəxsi həyatlarından danışıblar.

HerGun.Az xəbər verir ki, “5/5” axşam şousunda qonaq olan bacılar gələcəkdə evlənmək planlarından nəql ediblər.

Onlar fikirləri ilə verlişin aparıcısı Zaur Kamalı təəccübləndiriblər.

Bacılar bildirib ki, qayınana və qayınata ilə birlikdə yaşamaq istəyirlər.

Məlum olub ki, qızlar bir-birindən ayrı qala bilmir və gələcəkdə seçəcəkləri həyat yoldaşlarının da yaxın dost olmasını arzulayırlar.