Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib - VİDEO

15:20 10-08-2020 452

Rusiyanın Volqoqrad şəhərində qaz yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

REN TV xəbər verir ki, alov çoxmərtəbəli binanın hündürlüyü qədər yüksəlib.

İnsident nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, xəsarət alanlar arasında yanğınsöndürmə briqadasının əməkdaşları da var.