“Valensiya”da koronavirusa iki yoluxma qeydə alındı

18:00 11-08-2020 465

İspaniyanın “Valensiya” futbol klubunda koronavirusa iki yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə klubun rəsmi saytında informasiya yerləşdirilib.

Klubun yaydığı məlumatda qeyd olunub ki, avqustun 10-da götürülmüş testlərdən ikisi müsbət çıxıb. Yoluxan şəxslərin kimliyi və vəzifələri açıqlanmır.