Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı

06:40 12-08-2020 347

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkə vətəndaşlarını yeməyə qənaət etməyə çağırıb.

“Sinxua” xəbər verir ki, ölkə başçısı əhalinin ərzaq təhlükəsizliyi məsələsində vicdanlı olmalarının vacibliyini deyib.

Bununla yanaşı, o, qanunvericilik bazasının, nəzarətin gücləndirilməsinin, təsirli tədbirlər görülməsinin, həmçinin qida tullantılarına qarşı səmərəli mübarizə üçün uzunmüddətli mexanizmin yaradılmasının vacibliyini vurğulayıb:

“Vətəndaşları maarifləndirmək üçün təbliğat işlərini və tədbirləri gücləndirmək, habelə qənaət vərdişini inkişaf etdirmək və cəmiyyətə israfın utancverici olduğunu, qənaətlə qürur duyulmasının əhəmiyyətini hiss etdirmək lazımdır”.