Qetji Həbib Nurməhəmmədovu məğlub etməyin yeganə yolunu açıqladı

10:20 12-08-2020 456

Castin Qetji Həbib Nurməhəmmədovu məğlub etməyin sirrini açıb.

Bu barədə “MMA Fighting” məlumat yayıb.

“Qarşımda bəzi çox da böyük olmayan zonalar yaranacaq. Bunlar ölümcül zonalar olacaq – mən onlardan açıq olduqları vaxt istifadə etməliyəm. Döyüş, maşınların qarşıdurması - bildiyim ən yaxşı şeylərdir.

Yeganə məqsədim bu cür qəzalara mümkün olduğu qədər çox təhrik etməkdir. Həmin zərbələrin gövdəyə və ya başa endirilməsi vacib deyil. Ən əsası, bir-birimizi vuranda qəza vəziyyətinin yaranmasıdır. Həbibə qalib gəlməyin yeganə yolu budur”, - deyə C.Qetji bildirib.

Xatırladaq ki, döyüş oktyabrın 24-də keçiriləcək.