Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

11:36 22-07-2019 65

Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb. 

Bununla bağlı HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb. 

Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib. 

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır. 

Ramella İbrahimxəlilova