Bakıda zəncirvari qəza: Səbəbkar aradan çıxdı, bir neçə avtomobil əzildi - FOTO
20:00 12-08-2020 402
Bakıda zəncirvarı yol qəzası olub.
APA-nın məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.
“Renault” markalı, 99-SF-946 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, 99-EO-557 dövlət nömrə nişanlı maşına çırpılıb.
Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib.
Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan “Renault” markalı avtomobil hadisə yerindən qaçıb.
Xəsarət alan yoxdur.