PSJ “come-back”lə yarımfinalda

01:40 13-08-2020 521

Çempionlar Liqasının Portuqaliyada keçirilən final mərhələsi həyəcanı start götürüb.

HerGun.Az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyunu baş tutub.

Bir matçdan ibarət olan 1/4 finalın ilk duelində “Atalanta” ilə PSJ üz-üzə gəlib.

İtaliyanın ÇL-dəki yeganə təmsilçisi olan “Atalanta” mübarizəni dayandırıb.

Berqamolular oyunda hesabı açıb 90 dəqiqə matçı öndə davam etdirsə də, fransalılar normal vaxtın sonuncu və matça əlavə olunmuş üçüncü dəqiqədə iki qol vuraraq yarımfinala yüksəliblər.

Uyğun olaraq Markinyos və Çupo-Motinq fərqləniblər.

Çempionlar Liqası

1/4 final

12 avqust

“Atalanta” (İtaliya) – PSJ (Fransa) - 1:2

Qollar: Pasaliç, 27 – Markinyos, 90, Çupo-Motinq, 90+3