Bakıda biri uşaq olmaqla iki nəfəri avtomobil vurub
03:20 13-08-2020 321
Bakıda iki piyadanı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Binəqədi və Xəzər rayonlarında baş verib.
Sulutəpə qəsəbəsində 2009-cu il təvəllüdlü Qəhrəmanov Allahverdi Zaur oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Digər hadisə isə Binə qəsəbəsində baş verib. 2004-cü il təvəllüdlü Əliyev Hüseynəli Namiq oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobilinin zərbəsi ilə üzləşib.
Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.