Bred Pittlə keçmiş həyat yoldaşının yaşadığı malikanə hərracda satıldı - VİDEO

03:40 13-08-2020 472

Dünyaca məşhur aktyor Bred Pittlə aktrisa Cenifer Enistonun yaşadığı malikanə hərracda 32,5 milyon dollara satılıb.

REN TV xəbər verir ki, eks-cütlük Beverli - Hillz şəhərində yerləşən malikanədə 2000-ci illərdə yaşayıb.

Norman üslubunda olan ev 10 min kvadrat metr ərazidə inşa edilib.

Malikanədə ağıllı hovuz, 13 vanna otağı, tennis kortu, idman zalı, şəxsi kinoteatr var.

Qeyd edək ki, Bred Pitt və Cenifer Eniston 2000-ci ildə evlənib, 2005-ci ildə isə ayrılıblar.