UEFA iki futbolçusu koronavirusa yoluxmuşu kluba texniki məğlubiyyət verdi

04:40 13-08-2020 440

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində təxirə salınmış “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı yekun qərarı açıqlayıb.

HerGun.Az xəbər verir ki, qitənin ali futbol qurumu Kosovo təmsilçisinə texniki məğlubiyyət verib.

Bu nəticədən sonra I təsnifat mərhələsinə adlayan Şimali İrlandiya klubu Polşanın “Legiya” (Varşava) komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, avqustun 11-də keçirilməli olan “Drita” – “Linfild” oyunundan əvvəl kosovoluların heyətində 2 futbolçu koronavirusa yoluxduğundan qarşılaşma təxirə salınmış, komanda isə karantinə alınmışdı.