“Fənərbağça”nın futbolçusu koronavirusa yoluxub
03:20 14-08-2020 498
Türkiyə “Fənərbağça” klubunun üzvləri koronavirusa yoluxub.
Klubun rəsmi saytının məlumatına görə, futbolçuların koronavirus testlərinin nəticələri açıqlanıb.
Belə ki, iki nəfərin infeksiyaya yoluxduğu məlum olub. Bunlardan biri futbolçu, digəri isə klubun əməkdaşıdır. Hələlik həmin şəxslərin adı açıqlanmır.