Bakıda avtomobil piyadanı xəstəxanalıq etdi

04:40 14-08-2020 355

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Kərimov Anar Rafail oğlunu vurub. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili 37 yaşlı piyadanı xəstəxanaya aparıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı, oturaq və incik sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.