Gədəbəydə avtomobil aşıb, yaralılar var

05:40 14-08-2020 316

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb. 

Hərəkətdə olan “Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.