Sumqayıtda rəzalət: 55 yaşlı kişi azyaşlı qızı qaçırıb zorladı

12:54 22-07-2019 1224

Sumqayıtda azyaşlı qız zorlanıb.

Bu barədə HerGun.Az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Azyaşlını zorlayan 55 yaşlı kişi iyulun 18-də saxlanılıb.

Məlum olub ki, kişi 17-ci mikrorayonun ərazisində nənəsinin yanından evlərinə qayıdan səkkiz yaşlı qızı qaçırıb.

Cinayətkar qızı oğurladığı yerin yaxınlığındakı restorana apararaq orada zorlayıb. Ardınca o, hadisə yerindən qaçıb.

Qız başına gəlmiş hadisəni valideynlərinə danışıb. Onlar dərhal 1-ci Polis Bölməsinə şikayət ediblər. İstintaqın maraqlarına uyğun olaraq saxlanılan şəxsin adı açıqlanmır.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar şəkildə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi üzrə cinayət işi qaldırılıb.

Ramella İbrahimxəlilova