Biletsiz sərnişini təyyarədən yerə atdılar - VİDEO

13:00 14-08-2020 379

İndoneziyanın Bandar-Lampunq şəhərindəki II Raden İntan hava limanında təyyarəyə biletsiz minməyə çalışan sərnişin qalmaqala səbəb olub.

Bu barədə REN TV məlumat yayıb.

Sərnişin biletsiz olmasına baxmayaraq, ona təyyarəni tərk etməsini söyləyən əməkdaşlara müqavimət göstərib.

Nəticədə, insident heyət üzvlərinin sərnişini təyyarədən sözün əsl mənasında asfaltın üzərinə atması ilə nəticələnib.