Avtomobilini təcili tibbi yardım bölməsinə çırpdı - VİDEO

14:40 14-08-2020 497

ABŞ-ın Corciya ştatında “Mercedes” markalı avtomobili idarə edən yaşlı qadın nəqliyyat vasitəsi ilə təcili tibbi yardım bölməsinin içinə daxil olub.

REN TV xəbər verir ki, qəza anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qəza nəticəsində üç nəfər zərər çəkib, onlardan biri ölüb.

Yaşlı qadının əyləclə qaz pedalının yerini səhv saldığı ehtimal edilir.