Sevgilisinin evinə gedən qız dördüncü mərtəbədən yerə düşdü – ANBAAN VİDEO

00:20 15-08-2020 372

Türkiyənin Qaziantep vilayətində yeniyetmə binanın dördüncü mərtəbəsindən yerə düşüb.

Haberler.com məlumat verir ki, 17 yaşlı Duyğu D. sevgilisi Mehmet.K. ilə sonuncunun yaşadığı binaya girdikdən sonra müəmmalı şəkildə pəncərədən yıxılıb.

Bu zaman həyətdə olan uşaq kənara çəkilə bilir.

Qonşular xəbər verdikdən sonra hadisə yerinə gələn polis və tibb işçiləri qızın öldüyünü bildiriblər.

Onun cəsədi ekspertiza üçün morqa göndərilib. Mehmet.M isə nəzarətə götürülüb.