Əfsanəvi basketbolçunun idman ayaqqabıları hərracda bir milyona satıldı

02:40 15-08-2020 377

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabıları hərracda 615 min dollara (Təxminən bir milyon manat - red.) satılıb.

Bu barədə NSN agentliyi məlumat yayıb.

M.Cordan 1985-ci ildə İtaliyada çıxdığı oyunda şüşə lövhəni sındırmış, nəticədə, şüşə qırıntısı onun hərracda satılan ayaqqabısında qalmışdı.

İdman ayaqqabısı M.Cordanın oynadığı klubun ənənəvi qırmızı, qara və ağ rənglərindədir.