“Arsenal”a keçən Villian: “Bu klub yenidən parlamağa layiqdir”

03:20 15-08-2020 431

Azad agent statusu ilə “Arsenal” klubuna keçən “Çelsi”nin sabiq braziliyalı hücumçusu Villian öz seçimini şərh edib.

“Sky Sports” xəbər verir ki, hücumçu “Arsenal”ı dünyanın ən böyük klublarından biri olduğunu qeyd edib.

“Arsenal”ın baş məşqçi Mikel Arteta ilə yeni layihəsi var. Düşünürəm ki, bu klub yenidən parlamağa layiqdir.

Mən “Arsenal” ailəsində olmaqla bu layihənin bir hissəsi olmaq istəyirəm. Buna görə çox xoşbəxtəm”, - deyə 32 yaşlı futbolçu fikrini yekunlaşdırıb.