38 yaşlı məşhur müğənninin hamilə olduğu ortaya çıxdı - FOTO

05:20 15-08-2020 334

Rusiyalı müğənni Natalya Podolskaya ikinci dəfə ana olmağa hazırlaşır.

REN TV xəbər verir ki, sənətçi bu barədə öz “Instagram” səhifəsində məlumat yayıb.

N. Podolskayanın sosial şəbəkə hesabında çimərlik geyimində paylaşdığı fotoda hamilə olduğu aydın görünür.

“Mən sadəcə düşünürəm ki, Presnyakovlar çox olmalıdır”, - deyə N.Podolskaya paylaşdığı fotoya şərh yazıb.

Qeyd edək ki, N.Podolskaya 2010-cu ildən məşhur rusiyalı estrada müğənnisi Vladimir Presnyakovla evlidir. Cütlüyün 2015-ci ildə Artyom adlı oğlu dünyaya gəlib.