Putinlə Lukaşenkonun telefon danışığının bəzi detalları açıqlandı

17:00 15-08-2020 369

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığının bəzi detalları məlum olub.

“RİA Novosti” bu barədə Kremlin rəsmi saytına istinadən xəbər yayıb.

Aleksandr Lukaşenko rusiyalı həmkarını ölkəsində prezident seçkilərindən sonra yaranan vəziyyət barədə məlumatlandırıb.

“Hər iki tərəf yaranmış problemlərin tezliklə həll olunacağına inandıqlarını bildirib. Əsas məsələ destruktiv qüvvələrin bu problemlərdən istifadə edərək iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmasına imkan verməməkdir”, - deyə Kremlin yaydığı məlumatında qeyd olunub.