“Qəbələ” Hollandiyanın məşhur komandası ilə qarşılaşa bilər

17:18 22-07-2019 1010

“Neftçi” və “Qəbələ”nin UEFA Avropa Liqasında III təsnifat mərhələsindəki potensial rəqibi bilinib.

HerGun.Az xəbər verir ki, “Neftçi” II mərhələdə “Arsenal” (Rusiya), “Qəbələ” isə “Dinamo” (Gürcüstan) səddini keçə bilsə, müvafiq olaraq “Bney Yehuda” (İsrail) və “Feyenord” klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, komandalarımız III mərhələyə adlayacağı halda, “Neftçi” ilk ev oyununu Bakıda, “Qəbələ” isə səfərdə oynayacaq.

Avroliqada ilk oyunlar avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.