Kosmosdan Qütb parıltısını çəkərkən gözlənilməz mənzərə ilə üzləşdi – VİDEO

06:20 20-08-2020 477

Rusiyalı kosmonavt İvan Vaqner Antarktida üzərində “taymleps” çəkiliş edərkən təsadüfən beş işıqlı bir obyekt görüb.

Onun çəkdiyi görüntüləri “Daily Storm” “Telegram” kanalı yayımlayıb.

Naməlum və sirli varlıq videonun 10-11-ci saniyəsində görünür.

Vaqner vurğulayıb ki, kadrlarda işıqlar ani görünsə də, reallıqda onları haradasa bir dəqiqə müşahidə edib.