“Şüursuz” dediyimiz canlıdan ibrətlik addım - VİDEO

06:40 21-08-2020 457

Ölməkdə olan balığı suya atmaqla xilas edən tısbağa ilə bağlı video sosial şəbəkələrdə sürətlə yayılıb.

Görüntülər “Nature Is Lit”in “Twitter” hesabında paylaşılıb.

Kadrlarda daşın üzərində olan cansız balıq görünür. Onun ancaq başı suyun içində olub. Bir neçə saniyədən sonra  balaca bir tısbağa ona yaxınlaşır və üzgəcləri ilə suya salır. Doğma mühitə düşən balıq isə oyanaraq üzür.

“Tısbağa dostu balığı xilas edir”, - deyə videonun müəllifi yazıb.

Video istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.