Yeniyetmə qız 30 kişi tərəfindən zorlandı - FOTO

11:20 21-08-2020 522

16 yaşlı qız 30 kişi tərəfindən amansız şəkildə təcavüzə məruz qalıb.

“The Times of Israel”in məlumatına görə, dəhşətli hadisə İsraildə baş verib.

Bildirilib ki, yeniyetmə Eylat şəhərində hoteldə rəfiqəsi və tanışları ilə birlikdə istirahət edib. Həmin günü dostları ilə spirtli içki qəbul edən qıza hamam otağı lazım olub. O, otaqlardan birinə aparılıb, orada isə tanımadığı kişilər onu içiriblər.

Hüquq-mühafizə orqanları artıq bir neçə şübhəlini saxlayıblar. Onlardan birinin sözlərinə görə, təcavüzçülər 30 nəfər olub.

Nəşr yazır ki, hoteldə quraşdırılan müşahidə kameralarında həmin otağa olan növbə görünür.

Şübhəlilər qızın etiraz etmədiyini iddia ediblər, ancaq yeniyetmə kişilərə müqavimət göstərə bilmədiyini deyib.

Cinayət İsraildə qəzəb dağlası yaradıb. Hökumət başçısı Binyamin Netanyahu da məsələyə münasibət bildirib. O, bunun qıza qarşı deyil, ümumiyyətlə, insanlığa qarşı cinayət olduğunu deyərək, kişiləri cəzalandırmağa çağırıb.