Müxtəlif ölkələrdən olan və bir-birini şəxsən tanımayan bəy və gəlinin qeyri-adi toyu - VİDEO

08:40 23-08-2020 560

Koronavirus pandemiyası səbəbindən şəxsən görüşə bilməyən braziliyalı qızla və alman oğlan 20 günlük virtual ünsiyyətdən sonra videoyayımla evləniblər.

Bu barədə “Globo” xəbər yayıb.

39 yaşlı Sintiya Araujonun sözlərinə görə, gələcək həyat yoldaşı 45 yaşlı Timo Arnştadla onları ümumi dostları tanış edib.

“Bir-birimizi tanımadığımız halda ilk gün iki saat söhbət elədik”, - deyə qadın olanları xatırlayıb.

Onlar bütün günü ünsiyyətdə olublar, hətta gecələr də kameranı açıq qoyublar ki, həmişə bir yerdə olsunlar.

Virtual tanışlıqdan bir ay sonra isə Timo Sintiyaya evlənmə təklif edir və qız da razılaşıb.

Pandemiya ilə əlaqədar bir-birlərinin ölkələrinə getmə imkanından məhrum olduqları üçün sevgililər videoyayımla evləniblər.

Toy mərasini bəy və gəlinin qohumları izləyib.

Timo şəxsən görmədiyi biri ilə evlənməyin risk olduğunu anladığını deyir, hətta dostları dəfələrlə onu bundan çəkindirməyə çalışıblar. Lakin Tim hesab edir ki, Sintiyanı evlənmək istəyəcəyi qədər tanıyır.

Virtual evlilikdən dörd gün sonra yeni evli cütlük Braziliyanın San-Paulu aeroportunda görüşüblər.