Aydəm İsmayılov nazir İnam Kərimova "savaş" açıb?

20:48 15-06-2019 117

Nazirdən istədiyi vəzifəni ala bilmədiyi üçün Aydəm İsmayılov İnam Kərimova və Anar Hüseynova qarşı qara piar kampaniyasına başlayıb?

Adı uzun müddətdir ki, ölkə mətbuatında sabiq MTN şefi Eldar Mahmudovun və sahibkarlara qan udduran MTN-çi iş adamı “Akul Akif” kimi tanınan Akif Mustafayevin şəriklərindən biri olan Aydəm İsmayılovla bağlı qalmaqal bitmir.

Akula Akif
Akula Akif

Azeuronews.com-a daxil olan məlumata görə son aylar Kənd Təsərrüfatı naziri İnam Kərimovun davamlı olaraq bəlli medi orqanlarında “vurulması”ının arxasında hal-hazırda “Green Park Azərbaycan” MMC-nin direktoru Aydəm İsmayılov dayanır.

İnam Kərimov

Belə ki, İnam Kərimovun Aydəm İsmayılova istədiyi vəzifəni vermədiyi üçün nazirə qəzəbli olan qalmaqallı iş adamı “qisasını” mətbu orqanlara müxtəlif tipli məlumatları sızdırmqla alır. Azeuronews.com-a verilən məlumatda iddia olunur ki, Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC -nin direktoru təyin edilsədə hələki iş yerinə getmir. İş adamı bütün gününü Kənd Təsərrüfatının yerləşdiyi Hökümət Evinin yaxınlığındakı restoranında oturur. Daha doğrusu “Green Park Azərbaycan” MMC-nin əsas ofisi Aydəm İsmayılova məxsus restoran olaraq bilinir.

Məlumatda qeyd edilir ki, son aylar Aydəm İsmayılovun tərifləndiyi və onun adına yazılan müsbət analitik “məqalələrin” dərc edildiyi media orqanlarında nazir İnam Kərimovun davamlı olaraq vuulması heçdə təsadüf deyil. Belə qənaətə gəlmək olar ki, Kənd Təsərrüfatı nazirindən istədiyi yağlı vəzifəni ala bilməyən Aydəm İsmayılov İnam Kərimova qarşı media savaşı açıb.

Məlumatlı mənbə Azeuronews.com-a bildirib ki, nazir İnam Kərimova və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynova qarşı son zamanlar təşkil edilən media hücumlarının arxasında məhz Aydəm İsmayılov dayanır.

P.S. Məsələ ilə bağlı qarşı tərəfində möveyin dərc etməyə hazırıq.

 Mənbə AzEuroNews.com  ➤Yunis Cəfərov