İki yeniyetmənin yaşlı qadının çantasını oğurlaması kameraya düşdü - VİDEO

16:00 24-08-2020 444

Türkiyənin Bursa şəhərində yaşlı qadına məxsus içərisində pul və kredit kartı olan çantanı soyğunçuluq yolu ilə ələ keçirən yeniyetmələr saxlanılıb.

“Anadolu” agentliyinin məlumatına görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə iki yeniyetmənin yaşlı qadının çantasını qəfil ələ keçirərək, sürətlə hadisə yerindən uzaqlaşdığı əks olunub.