Valideynləri “selfi” çəkərkən içində uşaqlar olan maşın dağdan üzüaşağı hərəkət etdi - VİDEO

22:00 25-08-2020 529

Validenyləri təbiət fonunda şəkil çəkdirdikləri vaxt içərisində yeddi və 10 yaşlarında uşaqlar olan avtomobil dağdan üzüaşağı hərəkət etməyə başlayıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.

Məlumata görə, “Toyota Hilux” markalı pikap tövləyə çırpıldıqdan sonra dayanıb. Maşında olan hər iki uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.