Daha 400 vətəndaşımız Rusiyadan Azərbaycana qayıdıb

01:00 26-08-2020 356

Daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyyə edilib.

APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.