İbrahimoviçin dirsəyi rəqibinin kəlləsini qırdı – FOTO/VİDEO

07:00 23-07-2019 755

“Los-Anceles”in liviyalı müdafiəçisi Məhəmməd El-Munir “Los-Anceles Qelaksi” ilə oyunda ciddi zədə alıb.

Lenta.ru xəbər verir ki, həkimlər ona almacıq sümüyünün sınığı diaqnozu qoyublar.

Futbolçuya zədəni rəqibin hüçumçusu Zlatan İbrahimoviç dirsəyi ilə yetirib.

Oyun zamanı arbitr qayda pozuntusunu qeydə almasa da, sonrakı müayyinə zədəni aşkar edib.

Bu azmış kimi, final fitindən sonra isveçli futbolçu rəqibin məşqçi heyətini də təhqir edib. MLS liqasının nizam-intizam komitəsi Z.İbrahimoviçin hərəkətlərinə qiymət verəcəyinin bildirib.