“SOCAR” iki yanacaqdoldurma məntəqəsi açacaq

13:18 19-06-2019 819

Bu il Azərbaycanda iki yeni yanacaqdoldurma məntəqəsi açılacaq.

Bu barədə “SOCAR”ın sosial şəbəkə səhifəsində məlumat verilib.

“Hazırda “SOCAR Petroleum” QSC-yə məxsus müasir standartlara cavab verən 29 yanacaqdoldurma məntəqəsinin 5-də CNG məntəqəsi, o cümlədən, 1 CNG terminalı fəaliyyət göstərir.

2019-cu ilin sonuna kimi iki yeni yanacaqdoldurma məntəqəsi də açılaraq, istifadəyə veriləcək”, - deyə bildirilib.