Kirkorov Rihanna olarsa... - VİDEO

03:40 01-09-2020 644

Rusiya şou-biznesinin kralı Filipp Kirkorovun yaratdığı Rihanna obrazı böyük marağa səbəb olub. 

Rus estradasında həmişə yenilikləri ilə seçilən Kirkorov bu dəfə amerikalı dünya ulduzu Rihannanın obrazını yaratmağa çalışıb.

Mobil tətbiq vasitəsilə öz başını Rihannanın bədəni üzərinə qoyan sənətçi izləyicilərinin gülüşünə səbəb olub. Paylaşımı görənlər ona “çox bənzəyirsiz, pozitiv videoya görə sağ ol” kimi şərhlər yazıblar. Kliplərə öz üzünü yerləşdirən aparıcının videolarda istifadə etdiyi mahnı isə Rihannanın dünyaca məşhur “Diamond”u olub.