Azarkeşlərin 73 faizi Messi ilə mübahisədə “Barsa”nı dəstəklədi

11:20 01-09-2020 491

İspaniyada Lionel Messinin “Barselona”dan ayrılması mövzusu ətrafında sorğu keçirilib.

Bu barədə TV3 telekanalı məlumat yayıb.

Argentinalının hazırda “Mançester Siti”yə keçmək barədə düşündüyü bildirilir.

Azarkeşlərin 73 faizi “Barsa” Messinin “Mançester Siti”yə pulsuz keçidinə icazə verməlidirmi?” sualına “yox” cavabı verib.

Xatırladaq ki, Messi klubu azad agent statusunda tərk etməyə cəhd göstərir. Katalonlar isə 33 yaşlı argentinalının yalnız 700 milyon avro ödəniləcəyi halda gedə biləciyi fikrində təkid edirlər.