Bərbərin gözü qarşısında müştərisi güllələndi – ANBAAN VİDEO

04:00 02-09-2020 526

Bərbərxanada saçını kəsdirən kişi bərbərin gözü qarşısında güllələnib. Baş verənlər anbaan təhükəsizlik kamerasını tərəfindən qeydə alınıb.

“Daily Mail”in məlumatına görə, dəhşətli kadrlar Kolumbiyadandır.

Görüntülərdə əlində silah olan kişinin bərbərxanaya girdiyi və heç bir söz demədən stulda əyləşən şəxsi güllələdiyi, sonra isə motosikletlə ordan uzaqlaşdığı görünür.

Hadisə ilə bağlı istintaq başladılıb.