HAQQ OLAN MƏNƏVİYYAT

10:00 02-09-2020 924

Bismillahir,Rəhmanir, Rəhim

 

 

                                                      Vidadi Hidayət

HAQQ OLAN MƏNƏVİYYAT

 

   Bu gün insanlar arasında  yüksək mənəvi  dəyərə malik insan və ya mənəviyatsız insan terminləri çox yez-tez işlədilir. Haqq olan mənəviyyat nədir? Bildiyimiz kimi əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in mənəviyyatı adlandırdığımız haqq olan mənəviyyatın bariz nümunəsidir.(Bəşəri mənəvi dəyərin nümunəsi.) Çünki, peyğəmbərimizin əxlaqına mərifətinə daha doğrusu mənəviyyatına Yaradanımız Özü qiymət vermişdir. “Quran”da Allah (c.c) buyurur: “Ya Peyğəmbər sən düz yoldasan, qiyamətə kimi bütün insan və cinlərin əxlaq nümunəsisən.”

   Deməli, Allaha (c.c) inamı “Quran”a etiqadı olan hər bir bəşər övladına  vacibdir ki, peyğəmbər əxlaqından ən azından uzaq düşməyib ona yiyələnməlidir. O, əxlaqı heç kəs hədisləri  öyrənməklə qalaq-qalaq  kitab oxumaqla əldə edə bilməz. O əxlaq,  o mənəviyyat Allahın (c.c)  Zatından olan və hər bir bəşər övladında əcəl vaxtına  kimi əmanət olan ruhun fəzilətlərindən doğaraq və insanın davranışında və fəaliyyətində yer alaraq yaranır.

   İnsan anatomik bədənindən başqa eyni ilə həmin bədən quruluşunda nəfsi bədən və ruhi bədənə malikdir. İnsan bu iki göz ilə görünməyən varlığın nəfs və ruhun təsirinə məruz qalır.Əgər ruh mümkün olsaydı ki, yüz faiz qəflətdə qala, nəfs bədəndə hakim ola, yəni bədəndə yüz faiz  nəfs hakim olsa, o şəxsdə insanlıq dəyərləri təmiz itərdi. O, şəxs heyvan xüsusiyyətində yeni bir insan qiyafəsində canlı olardı.Ancaq, bu hal baş vermədiyindən dini mənsubiyyətindən, millətindən asılı olmayaraq hətta bütpərəst Allahı (c.c) inkar edənlər də fərqli dərəcələrdə mənəvi  insani dəyərlərə malik olurlar. Deməli,bir daha aydınlaşır ki, insana bu və ya digər dərəcədə mənəvi dəyər  verən həmən şəxsin ruhudur. Aydınlaşır ki, ruhun daha çox oyanıb, nəfsdən önə keçməsi  mənəviyyatın yüksəlməsinə gətirib çıxarır. Ruh nə qədər göy qatların qalxarsa bir o qədər nəfs paklaşaraq ruhun fəzilətlərini mənimsəyir.İnsanın ruhu Öz əzəli Zatına qovuşduqda isə insanın qəlbi genişlənərək kainat boyda olur və nəfs tam paklaşaraq ruh kimi olur. Təsadüfü deyil ki, Allah (c.c) bu cür mömin insan haqqında belə buyurur:”Mən küllü kainata sığışmaram, ancaq o cür möminin qəlbinə sığışaram.”Nəfs paklanıb ruh kimi olduğundan həmən şəxsin  daxili aləmi-mənəviyyatı “haqq olan mənəviyyata ” çatmış olur və özü isə əsl insanlara- salehlərin cərgəsinə qoşulur.”

   Bu cür mənəviyyata malik insanlar “Quran”da Allah (c.c)  dostları adlandırılırlar  və axirətdə mənəviyyatı ən üstün haqq mənəviyyat olan əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s.) imamlar, şəhidlər, siddiqlər ilə bir yerdə olacaqlar.

   Ruhumuzun oyanıb Allaha (c.c) doğru yol tutaraq Ona qovuşub bütövləşərək hər birimizdə ən üstün haqq olan mənəviyyatın ruhumuzun hansı fəzilətlərindən qaynaqlandığına baxaq. Qeyd edim ki, imam Cəfəri Sadiq (ə) ruhdakı fəzilətlərin sayının  yetmiş altı sayda  olduğunu göstərmişdir. Ancaq, bunlardan  on doqquz sayda  olanına aydınlıq gətirəcəyik. Yeri gəlmişkən söyləyim ki, yer kürrəsində nə qədər insan varsa əgər onlardan haqqa gedən yola düşən olarsa  Allahın (c.c) təyin etdiyi yolla gedərlər və əgər sona çatarlarsa  eyni bir mənəvi dəyərlərə malik olarlar.(İlahi mərifətə çatmış insanlar, ümumbəşər mənəvi dəyərə malik insanlar). Bu cür insanlar hidayət tapmış insanlar adlanırlar.