Qızı sosial şəbəkə üçün mahnı oxuyarkən anası tavandan düşdü – VİDEO

01:00 03-09-2020 568

Amerikalı Liz San Millan “TikTok”da çellenc üçün mahnı oxumaq qərarına gəlib, ancaq onun videosu tamam gözlənilməz səbəbdən sosial şəbəkələrdə virus kimi yayılıb. Belə ki, onun anası tavandan düşüb.

Qız baş verənlər barədə “BuzzFeed News”a danışıb.

Qızın sözlərinə görə, o, dinləmədən əvvəl “Heathers”in “Kindergarten Boyfriend” mahnısını məşq edib. Həmin vaxt anası çardaqda olub. Lakin sonra qadın gözlənilmədən çardağın döşəməsindən düşüb. Onun ayaqları isə havada asılı qalıb.

Baş verənlərə qız ancaq “Aman Allahım” qışqırmaqla reaksiya verə bilib.

Millanın sözlərinə görə, anası xəsarət almayıb.

“O, əvvəlcə şokda idi, buna görə nə səsi çıxdı, nə hərəkət etdi. Ancaq artıq hər şey qaydasındadır. Bədəni heç cızılmayıb da”, - deyə bloqer qız vurğulayıb.

Videoçarx sosial şəbəkələrdə sürətlə yayılaraq, dörd gün ərzində 5,3 milyon baxış toplayıb.